"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi

"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi
"Turan Tovuz"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. 
Fanat.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, tovuzlular Rövşən Babayevlə anlaşıb. Müqaviləyə əsasən A kateqoriyalı məşqçi 2021-22-ci illər mövsümünün sonunadək bölgə təmsilçisini çalışdıracaq. 
Babayev yeni postunda İlham Yadullayevi əvəzləyib. Mütəxəssis daha əvvəl "Sabah", "Zaqatala” və "Sumqayıt”ın əvəzedici komandalarında baş məşqçi köməkçisi vəzifəsində işləyib. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər