"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola vinqer Leroy Sanenin gələcəyi haqda danışıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Quardiola Sanenin "Bavariya"ya keçəcəyini təsdiqləyib:
"Düzdü, keçid hələ tamamlanmayıb, amma transferin baş tutacağını deyə bilərik. Sadəcə xırda nüanslar qalıb. Sane "Bavariya"ya keçir. Ona hər şeyin ən yaxşısını arzulayır və birlikdə keçirdiyimiz illərə görə təşəkkür edirik.
Sane ayrılmaq istədi. Hər kəsin öz həyatı var və o, növbəti mərhələyə keçmək niyyətindədi. Məndən olsa, qalmağını istəyərdim. Amma Sane "Bavariya"da daha xoşbəxt olacağını düşünürsə, edəcək bir şey yoxdu".
Ötən gün 24 yaşlı futbolçunun transferi ilə bağlı "Mançester Siti" və "Bavariya" arasında razılıq əldə olunduğuna dair xəbərlər yayılmışdı. Münhen klubu Sanenin keçidinə görə bonuslarla birlikdə 60 milyon avro ödəyəcək. Almaniya millisinin üzvü 5 illik müqaviləyə imza atacaq və ilinə 17 milyon avro qazanacaq.
Fanat.Az