Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqiblərinin adlarına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, bütün rəqiblər dünən Moldovada "Şerif"in finalda "Daçiya"ya 1:0 qalib gəlib çempion olması ilə müəyyənləşib.
Komandamız yenə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Yenə "Qarabağ"ın "səpələnmişlər" səbətində yer alması Ağdam komandasına ilk turdaca asan rəqibin düşəcəyindən xəbər verir.
Qeyd edək ki, turnirin I təsnifat mərhələsində Avropanın ən aşağı reytinqli 10 ölkəsinin çempionları mübarizə aparacaq. 30 komanda isə birbaşa II təsnifat mərhələsinə vəsiqə qazanıb.
I təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), Flora (Estoniya), Valletta (Malta), Santa Koloma (Andorra), Torshavn (Farer adaları).
Səpələnməmişlər: Linkoln (Cəbəllütariq), Alaskert (Ermənistan), Liepaya (Latviya), Feronikeli (Kosovo), Tre Penne (San-Marino).
II təsnifat mərhələsi
Səpələnmişlər: Zalsburq (Avstriya), Seltik (Şotlandiya), APOEL (Cənubi Kipr), BATE (Belarus), Legiya (Polşa), Dinamo (Zaqreb, Xorvatiya), Ludoqorets (Bolqarıstan), Kopenhagen (Danimarka), Qarabağ (Azərbaycan), Rusenborq (Norveç), Astana (Qazaxıstan), Skenderbeu (Albaniya), Srvena Zvezda (Serbiya), Dinamo (Gürcüstan), Hafnarfyordur (İslandiya), Trençin (Slovakiya), Şerif (Moldova).
Səpələnməmişlər: Olimpiya (Sloveniya), Düdelanj (Lüksemburq), Ferentsvaroş (Macarıstan), Vardar (Makedoniya), Dandalk (İrlandiya), SJK (Finlandiya), Norçöpinq (İsveç), Kruzaders (Şimali İrlandiya), Jrinski (Bosniya və Herseqovina), Mladost (Çernoqoriya), Jalqiris (Litva), Hapoel (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 qalibi.
Qeyd edək ki, Çempionlar Liqasının püşkü iyunun 20-də UEFA-nın mənzil-qərargah şəhəri olan Nyonda atılacaq.
Fanat.az