"Qarabağ"dan mövsümün rekordu

"Qarabağ"dan mövsümün rekordu

“Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanıb. Fanat.az xəbər verir ki, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun “İnter”lə oyununda xal itirib - 1:1. 

Bununla da Ağdam klubu mövsümün rekordunu yeniləyib. Bunadək rekord XIX-XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.

XXIV turda məhz “Zirə”nin qələbə seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran”ı (2:1) məğlub etmişdi. (pfl.az)

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər