Fransa çempionatında X turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sent-Etyen" "Loryan"ı qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sent-Etyen"in qoluna 87-ci dəqiqədə Fabien Lemoyne imza atıb.
Qeyd edək ki, "Sent-Etyen" 10 turdan sonra 17 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az