Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də Milan "İnter"inin qonağı olacaq "Qarabağ" meydana daha bir ciddi itki ilə çıxacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov kapitan Rəşad Sadıqovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb təcrübəli müdafiəçinin zədəli olmasıdı. Bu səbəbdən "Neftçi" ilə oyunu buraxan Rəşad millinin İtaliya və Xorvatiya ilə oyunlarına da dəvət almayıb. Bu isə Sadıqovun ən azı oktyabrın 13-ədək oynaya bilməyəcəyi deməkdi.
Qeyd edək ki, "Qarabağ"da Çumbinyo və Danilo Dias da zədəlidi.
Fanat.az