"Qarabağ"ın rəqibindən 5 qolluq qələbə

"Qarabağ"ın rəqibindən 5 qolluq qələbə
Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" Donetsk "Olimpik"ini qəbul edib.
Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dnepr"in heyətində Nikola Kaliniç dubl edib, Yevgeni Seleznyov, Bruno Qama və Duqlas hərəyə bir qol vurub.
Qeyd edək ki, "Dnepr" 7 turda 19 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. "Qarabağ"ın rəqibi hələ məğlubiyyət acısı yaşamayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər