"Qarabağ"ın potensial rəqibləri

"Qarabağ"ın potensial rəqibləri
"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin siyahısı dəqiqləşmək üzrədi. Fanat.az xəbər verir ki, Azərbaycan çempionun cəmi 2 potensial rəqibinin kimliyi bəlli deyil.
Turnirin I təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə "səpələnməmişlər" səbətində yer alacaqlar. II mərhələnin daha güclü digər 17 iştirakçısı isə "səpələnmişlər" səbətində olacaq.
 
Hazırda ilk təsnifat mərhələsinin altı iştirakçısından 5-i, II təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan isə 29-nun adı bəllidi.
Artıq indidən "Qarabağ"ın II təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidi. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdi. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı "səpələnmişlər" səbətində olacağına işarədi. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı "səpələnməmişlər" səbətindən bir komanda gözləyəcək.
Qeyd edək ki, I və II təsnifat mərhələsinin püşü iyunun 23-də atılacaq. İlk mərhələnin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı II təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
 
I təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), San-Marino çempionu.
 
I təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HİK (Finlandiya).
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva), Çernoqoriya çempionu, Macarıstan çempionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər