"Qarabağ" istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın qalibi olan komanda "Xəzər Lənkəran"la sonuncu turun oyunundan sonra mövsümlərarası fasiləyə yollanıb.
Ağdam klubunda Cumbinyo, Riçard Almeyda, Reynaldo və Leroy Corc hələ komanda çempionluğu rəsmiləşdirdiyi XXXIV turdan sonra ölkələrinə getmışdi. Milli oyunçular isə ABŞ-a təlim-məşq toplanışına yollanıb.
"Qarabağ" iyunun 12-də yenidən yığışacaq. Birhəftəlik Bakı hazırlığının ardından "köhlən atlar" Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq.
Fanat.az