Topaz Premyer Liqasında XXXIV turun ən yaxşı "11-liy"i açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi komandası hazırlanıb.
Rəmzi komandada "Qarabağ"ın üstünlüyü var. Ağdam klubunun 5 futbolçusu ən yaxşılar arasına düşüb. "İnter"in 3, "Xəzər Lənkəran"ın 2, "Neftçi"nin 1 futbolçusu fərqlənib. Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın heyətində "İnter"in qapısına 3 qol vurmuş Reynaldo Silva olub.
Qapıçı: Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Derlis Meza Kolli (İnter), Çumbinyo (Qarabağ), Sadio Tounkara (Xəzər Lənkəran).
Hücumçular: Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter).
Fanat.az