"Qarabağ" kubok matçının hazırlıqlarını tamamlayıb. Fanat.az xəbər verir ki, sabah "Qəbələ"ni qəbul edəcək Ağdam klubu matçın startını gözləyir.
Bazar günü Premyer Liqada "İnter"lə qarşılaşan "Qarabağ" dünən yüngül məşqlə kifayətlənmişdi. Bu gün isə son məşq baş tutub.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 17.00-da başlayacaq. İlk matç 0:0 hesabı ilə başa çatıb.
Fanat.az