"Qarabağ" məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışının birinci günündə komanda 2014-cü ilin ilk məşqinə çıxıb.
Hazırlıq prosesi komandanın məskunlaşdığı "İC Santai" otelinin meydançasında baş tutub. Məşqə başlamamışdan öncə baş məşqçi Qurban Qurbanov futbolçularla qısaca söhbət edib, hazırlıq dönəmində yaxşı çalışmağın vacibliyini vurğulayıb.
Ardınca təxminən 90 dəqiqə davam edən məşq başlayıb. Komandamızın texniki heyəti futbolçuları çox da yükləməyib. Daha çox qaçışla və bərpaedici xarakterli məşqdə əməliyyat sonrası bərpa prosesi keçən Rəşad Sadıqov iştirak etməyib. Komandamızın 2-ci məşqi yerli vaxtla saat 17.00-a təyin olunub.
Fanat.az