18 yaşlı istedad "Real Madrid" yolunda

18 yaşlı istedad "Real Madrid" yolunda

Avropanın ən böyük klubları "Genk"in gənc ulduzu Konstantinos Karetsasın transferi üçün növbəyə düzülüblər.

Fanat.Az xəbər verir ki, "Fussballdaten"in yaydığı son məlumatlara görə, "Real Madrid" 18 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avroluq təklif hazırlayır.

Belçika təmsilçisində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən futbolçunu "Çelsi", "Mançester Siti", "Ayaks", "Bayern Münhen" və "Borussiya Dortmund" kimi klublar yaxından izləyir.

Həmçinin İtaliyanın "Milan" və Türkiyənin "Qalatasaray" klubları da gənc istedadın yay transfer dövründəki durumunu monitorinq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər