"Zəfər turu": "Səbail" "Turan Tovuz"a qalib gəldi

"Zəfər turu": "Səbail" "Turan Tovuz"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 12-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, Vətən müharibəsindəki qələbəmizin üç illiyinə həsr olunaraq “Zəfər turu” adlandırılan turun açılışı Bayılda baş tutub. 

İlk oyun günündə bir matç oynanılıb. Açılış matçında “Səbail”lə “Turan Tovuz” üz-üzə gəliblər. Qarşılaşma “ASCO Arena”da baş tutub və meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları sabah, “Qəbələ” – “Neftçi” və “Sabah”– “Zirə” görüşləri isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası XII tur 3 noyabr

Səbail – Turan Tovuz 2:1 Qollar: Rüfət Abdullazadə, 46. Aleksandr Ramalinqom, 78-pen - Otto Con, 26. Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Bayıl. ASCO Arena.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah. Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi. Baş məşqçi: Şahin Diniyev. Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con. Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov. Baş məşqçi: Ayxan Abbasov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər