Özbəkistan millisinin hücumçusu "Araz-Naxçıvan"da

Özbəkistan millisinin hücumçusu "Araz-Naxçıvan"da

Futzal üzrə son ölkə çempionu “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Fanat.Az sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, naxçıvanlılar bu dəfə Özbəkistan millisinin üzvü ilə anlaşıb. 

25 yaşlı hücumçu Husniddin Nişonov ölkəsinin BMB klubundan icarəyə götürülüb. O, "Araz-Naxçıvan"a UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zaman kömək edəcək. Nişonov avqutsun 5-də yeni komandasına qoşulacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər