Zaur Axundovun qardaşı "Araz-Naxçıvan"ın prezidenti oldu

Zaur Axundovun qardaşı "Araz-Naxçıvan"ın prezidenti oldu

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan"da klubdaxili toplantı keçirilib. 

Klubdan Fanat.Az-a verilən məlumata görə, yığıncaqda klubun yeni təsisçiləri (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) barədə məlumat çatdırılıb. 

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. 

Ramin Axundov “Araz-Naxçıvan"ın prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

Zaur Axundovun qardaşı "Araz-Naxçıvan"ın prezidenti oldu İdarə Heyətinin tərkibi Ramin Axundov – Sədr/Prezident Nurlan Həsənov Ceyhun Məmmədov İmran Kələşov

Müşahidə Şurasının tərkibi Vüqar Abbasov – sədr Orxan Hüseynov – sədr müavini Taleh İbrahimov – üzv Elxan Babayev – üzv Rövnəq Xəlilov – üzv Mahir Şıxəliyev – üzv

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər