Millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində sınaq matçına çıxmayan, sentyabrın 30-da keçirilən ikitərəfli oyunla kifayətlənən "Zaqatala" 1-ci Liqanın 4-cü turunda lider "Şahdağ Qusar"ın qonağı olacaq. Zaqatala təmsilçisinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Şahdağ Qusar"ın güclü və zəif cəhətlərini özümüz üçün müəyyənləşdirmişik. Hücumda, müdafiədə, keçidlərdə necə oynadıqlarını, standart vəziyyətlərdən necə istifadə etdiklərini bilirik. Futbolçulara da bu barədə məlumat vermişik, necə oynamalı olduqlarını diqqətlərinə çatdırmışıq. Məşqlərimizi davam etdirir, matça səylə hazırlaşırıq. "Şahdağ Qusar" kombinasiyalı hücumlar etməyi bacaran, istər cinahlardan, istərsə də mərkəzdən uğurlu həmlələr qura bilən kollektivdir. Yəni rəqib bir yox, bir neçə variantda qol axtarışına çıxır. Eyni sözləri müdafiə xətti barədə də deyə bilərəm. Üz-üzə gələcəyimiz komandanın müdafiəsi də etibarlıdır. Bütün bunları futbolçulara izah etmişik. Hərçənd necə olacağını zaman göstərəcək". Rakif bəy "rəqibin gücünü nəzərə alsaq, mümkün bərabərlik sizin üçün yaxşı nəticə sayılacaqmı" sualını belə cavablandırdı: "Hər oyuna qələbə üçün çıxan məşqçilərdənəm. Heç-heçə mənim üçün heç vaxt yaxşı nəticə sayıla bilməz. Bu oyunda da hədəf qələbədir. İnanıram ki, futbolçularımız əllərindən gələni edəcəklər və 3 xal qazanacağıq. Onu da deyim ki, "Şahdağ Qusar"ın heyətində "Karvan-Yevlax"dakı sayda zəngin təcrübəyə malik oyunçu olmasa da, daha döyüşkəndirlər. İki döyüşkən kollektiv mübarizəsini izləyəcəyik. Kim daha yaxşı mübarizə aparsa, o da qalib gələcək". Qeyd edək ki, "Şahdağ Qusar" - "Zaqatala" qarşılaşması oktyabrın 7-də keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq görüşün start fiti 15:30-da səsləndiriləcək. Nihat
"Zaqatala"nın baş məşqçisi lideri məğlub edəcəklərinə inanır - AÇIQLAMA
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev