“Zaqatala” və “Qarabağ”dan səfər qələbəsi

“Zaqatala” və “Qarabağ”dan səfər qələbəsi

I Divizionda XXIV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Kəpəz-2” – “Neftçi-2” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Şamaxı-2” - “Zaqatala” matçında qonaqlar qalib gəliblər. Uzun fasilədən sonra öz doğma stadionunda oyuna çıxan “İmişli” isə azarkeşlərinin gözü önündə “Qarabağ”ın əvəzedicilərinə məğlub olub.

I Divizion XXIV tur 12 aprel

“Şamaxı-2” – “Zaqatala” 1:2 Qol: Qurban Səfərov, 38 – Roini İsmayılov, 22. Bəhruz Teymurov, 86. Şamaxı şəhər stadionu, 15:00.

“Kəpəz-2” – “Neftçi-2” 1:1 Qol: Cavad Kərimov, 21 – Elşad Tağıyev, 80. Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“İmişli” – “Qarabağ-2” 0:1 Qol: Musa Musazadə, 90+4. Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

İlk oyun günündə qeydə alınan nəticələr:

“Zirə-2” – “Qaradağ Lökbatan” 0:0 “Qəbələ-2” – MOİK 3:0 “Turan Tovuz-2”– “Mingəçevir” 2:1 “Sumqayıt-2” – “Səbail-2” 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər