Bu gün Yüksək Liqada XI turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, üçüncü dövrənin ilk matçında çempionluq uğrunda mübarizə aparan iki komanda - lider "Baku Fire" ilə ən yaxın izləyicisi "Araz-Naxçıvan" üz-üzə gələcək.
Saat 14:00-da start götürəcək oyun "CBC Sport"la canlı yayımlanacaq.
Baku Fire – Araz-Naxçıvan Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İmran Məhərrəmov Hakim-inspektor: Azad Hüseynov 20 fevral. Bakı İdman Sarayı. Saat 14:00 Şuşa – Neftçi İK Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Anar Fərəcov Hakim-inspektor: Füzuli Nəcəfov 20 fevral. Bakı İdman Sarayı. Saat 16:00
U-19 – Yasamal Bakı Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov Hakim-inspektor: Əfqan Həmzəyev 20 fevral. Bakı İdman Sarayı. Saat 18:00