Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

Bu gün Yüksək Liqada XVIII turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, tur lider “Araz-Naxçıvan”la orta pillələrdə qərarlaşan “Şuşa” komandalarının görüşü ilə start götürüb. 

“Qırmızı-ağlar”la görüşdə “Şuşa”nın gücü 1 qola çatıb - 1:8.

İkinci oyun sürprizlə başlayıb. Əvvəlcə avtoqolla fərqlənən, ardından daha bir qol vuran "Yasamal Bakı"nın gücü iddialı rəqibini büdrətməyə çatmağıb. “Neftçi” toparlanmağı bacararaq meydandan 5:3 qalib ayrılıb.

Turun son görüşündə "Baku Fayr" U-19-u çətinlik çəkmədən yenib - 9:0.  

Araz-Naxçıvan – Şuşa 8:1 (3:0)  Qollar: Amirhossein Rasouli, 11:36, 16:06, 17:03, 38:13, Roman Adamov, 23:57, 25:57, Nüsrət Fərzəli, 28:00 (ö/q), Ramazan Atakişiyev, 34:58 - Rüstəm Bağırov, 28:38. Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Nihad Bağırov Hakim-inspektor: Əfqan Həmzəyev 15 may. Olimpik Star. 

Neftçi İK – Yasamal Bakı 5:3 (4:3)  Qollar: Abdul Ghafar, 6:36, 9:14,  Eldar Zeynalov, 12:57, 17:53, 36:09 - Fərid Atakişiyev, 1:23-öz qapısına, Qüdrət Qasımzadə, 6:22, İmaməli Hüseynov, 15:02. Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Bəxtiyar Osmanov Hakim-inspektor: Ramiz Əsədov 15 may. Olimpik Star. 

Baku Fire – U-19 (7:0) 9:0 Qollar: Henrique Soares, 6:20, 15:46, Nihad İsmayılov, 7:25, Nurlan Mehdizadə, 9:58, 17:37, 24:28, 27:48, Fərid Abbasov, 11:32, Tofiq Əliyev, 19:44. Hakimlər: Rza Məmmədov, İmran Məhərrəmov, Elgün Hüseynov Hakim-inspektor: Murad Məmmədov 15 may. Olimpik Star. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər