İspaniyanın "Sevilya" klubunun futbolçusu Yevgeni Konoplyanka Yunanıstan PAOK-una keçməkdən imtina edib. Yarımmüdafiəçi Saloniki təmsilçisində icarə əsasında çıxış etmək istəməyib.
Bir müddət əvvəl 26 yaşlı futbolçu "Sevilya"nın heyətində meydana az çıxmasından narazılıq edib. O, 2015-ci ilin yayında Ukraynanın "Dnepr" klubundan transfer edilib.
Qeyd edək ki, PAOK Avropa Liqasının J qrupunda "Qarabağ"la yanaşı, İtaliyanın "Fiorentina" və Çexiyanın "Slovan" klubları ilə birgə mübarizə aparacaq.(report)
Fanat.Az