UEFA "Qarabağ"ın oyunundakı rekordu qeydə aldı

UEFA "Qarabağ"ın oyunundakı rekordu qeydə aldı

Avropa Liqasının qrup mərhələlərinin ən erkən qolu vurulub. Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu qol "Qarabağ" - "Slovan" oyununda qeydə alınıb.

Ötən gün baş tutan matçın 10,69-cu saniyəsində rəqibin futbolçusu Yan Sikora "Qarabağ"ın qapısına yol tapıb. UEFA bu topu turnirin tarixində ən erkən qol elan edib.

 

Yan Sikora “Vilyarreal”ın futbolçusu Vitolonun ötən il rəsmiləşdirdiyi rekordu arxada qoyub. O, 13,21-ci saniyədə “Sevilya”nı məyus etmişdi. 3-cü pillədə isə AEK-in oyunçusu İsmael Blankodu. O, BATE ilə matçda 15,19-cu saniyədə fərqlənib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər