UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

UEFA Çempionlar Liqasında "Olimpik Lion" ilə "Fənərbağça" arasında keçirilən oyundan sonra yaşananlarla bağlı ölçü götürüb. 

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə klubunun yarımmüdafiəçisi Matteo Genduzi rəqibi təhqir, tamaşaçıları təhrik etdiyinə və əsas davranış qaydalarını pozduğuna görə 4 oyunluq cəzalandırılıb. 

Bu görüşlərdən 2-si şərtidir. Bir illik sınaq müddətində eyni hal yaşanarsa, həmin iki oyun yeni cəzaya əlavə olunacaq. Həmçinin futbolçuya 50 min avro cərimə kəsilib. 

"Fənərbağça"nın digər ulduzu Meyson Qrinvud isə şərti olaraq bir oyunluq cəza və 30 min avro cərimə alıb.

"Fənərbağça" klub olaraq 95 min avro, "Olimpik Lion" daha çox - 108 min 500 avro cərimələnib. Fransa klubunun qapıçı məşqçisi Antonio Ferreyra insidentdə iştirak etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər