UEFA Avropa Liqası: "Qarabağ" pley-offda "Qalatasaray"la qarşılaşa bilər - YENİLƏNDİ

UEFA Avropa Liqası: "Qarabağ" pley-offda "Qalatasaray"la qarşılaşa bilər - YENİLƏNDİ

"Qarabağ"ın UEFA Avropa Liqasında pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin növbəti raunddakı rəqibi “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ola bilər. Qurban Qurbanovun komandası HİK (Finlandiya" səddini keçəcəyi halda, pley-offdakı ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.

*** Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

Bu raundda 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.

Avropa Liqası Pley-off mərhələsi

1-ci qrup

"Ayaks" (Niderland) LASK (Avstriya) "Aberdin" (Şotlandiya) "Çukariçki" (Serbiya) "Zarya" (Luqansk, Ukrayna) "Yunion" (Belçika)

2-ci qrup

"Rakuv" (Polşa) - "Aris" (Limasol, Kipr) cütünün məğlubu "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail) cütünün məğlubu AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu "Kopenhagen" (Danimarka) - "Sparta" (Praqa, Çexiya) cütünün məğlubu "Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) cütünün məğlubu

3-cü qrup

"Jalgiris" (Litva) - "Haken" (İsveç) cütünün qalibi "Qarabağ" (Azərbaycan) - HJK (Finlandiya) cütünün qalibi "Zrinski" (Bosniya və Herseqovina) - "Breydablik" (İslandiya) cütünün qalibi "Şerif" (Moldova) - BATE (Belarus) cütünün qalibi "Astana" (Qazaxıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi

4-cü qrup

"Luqano" (İsveçrə) "Olimpiakos" (Yunanıstan) - "Genk" (Belçika) cütünün qalibi "Slaviya" (Praqa, Çexiya) - "Dnepr-1" (Ukrayna) cütünün qalibi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər