Turun 26 qolunda neçə futbolçu assist müəllifi olub? - STATİSTİKA

Turun 26 qolunda neçə futbolçu assist müəllifi olub? - STATİSTİKA

Misli Premyer Liqasında 4-cü tur geridə qalıb. Son turda rekord məhsuldarlıq - 26 qol (orta məhsuldarlıq 4,33) qeydə alınıb. “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 qeydə alınıb. Ümumi qol sayında bu göstərici təkcə bu turun yox, son 21 mövsümün rekordudur. 2005/06 mövsümünün26-cı turunda 27 qol vurulub. 

Əvvəlki turlar üzrə məhsuldarlıq belədir: 1-ci tur - 13, 2-ci tur - 10, 3-cü tur - 5 qol. 

4 tur ərzində 22 oyun ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) keçirilib və bu görüşlərdə vurulan qol sayı 54-ə bərabərdir. Bu da hər oyuna təxminən 2,5 qol deməkdir.    Fanat.Az-ın hesablamasına görə, son turda vurulan 26 qoldan 22-nə 21 futbolçunun adı məhsuldar ötürmə müəllifi kimi qeyd olunub. Umarali Rahmonaliyev ("Sabah") "Zirə" ilə matçda 2 qola assistlik edib.

Beləliklə, qol ötürməsi üzrə mübarizədə şərikli liderlərin sayı artıb. Hazırda 6 futbolçunun - Umarali Rahmonaliyev ("Sabah"), Dioqu Balau ("Turan Tovuz"), Freddi Varqas ("Neftçi"), Emin Mahmudov ("Neftçi"), Breno Almeyda ("Neftçi") və Edvin Banqueranın ("İmişli") hesabında 2 assist var. 

Ümumilikdə, 4 tur ərzində vurulan 54 qoldan 38-nə 32 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

1. Umarali Rahmonaliyev ("Sabah") - 2 2. Dioqu Balau ("Turan Tovuz") - 2 3. Freddi Varqas ("Neftçi") - 2 4. Emin Mahmudov ("Neftçi") - 2 5. Breno Almeyda ("Neftçi") - 2 6. Edvin Banquera ("İmişli") - 2

4 tur ərzində assistentlik edən futbolçular:

1-ci tur

"Turan Tovuz" - "Qəbələ": Dioqu Balau ("Turan Tovuz")  "Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi") "Sumqayıt" - "Neftçi": Freddi Vaqras ("Neftçi") - 2 "Zirə" - "Şəfa": Ayxan Hüseynov ("Zirə") "Zirə" - "Şəfa": Ruan Renato ("Zirə")

2-ci tur

"Qəbələ" - "Şəfa": İsmayıl Zülfüqarlı ("Şəfa") "Zirə" - İmişli": İssa Cibrila ("Zirə")  "Zirə" - İmişli": Edvin Banquera ("İmişli") "Neftçi" - "Araz-Naxçıvan": Rüfət Abbasov ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Breno Almeyda ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Emin Mahmudov ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Draqolyub Saviç ("Neftçi")

3-cü tur

"Şəfa" - "İmişli": Azər Salahlı ("İmişli") "Kəpəz" - "Turan Tovuz": Kennet Kalunqa ("Kəpəz") "Zirə" - "Neftçi": Davit Volkov ("Zirə")

4-cü tur

"Qəbələ" - "İmişli": İsmael Akinade ("Qəbələ") "Qəbələ" - "İmişli": Edvin Banquera ("İmişli") "Qəbələ" - "İmişli": Eşqin Əhmədov ("Qəbələ") "Kəpəz" - "Şamaxı": Asumah Abubakar ("Kəpəz") "Kəpəz" - "Şamaxı": Edqar Adilxanov ("Şamaxı") "Kəpəz" - "Şamaxı": Rui Paşeko ("Şamaxı") "Kəpəz" - "Şamaxı": Ayman Buali ("Şamaxı")  "Sabah" - "Zirə": Kristian Nvaçukvu ("Sabah") "Sabah" - "Zirə": Umarali Rahmonaliyev ("Sabah") - 2 "Sabah" - "Zirə": Velko Simiç ("Sabah") "Turan Tovuz" - "Sumqayıt": Tyaqu Almeyda ("Sumqayıt") "Turan Tovuz" - "Sumqayıt": Dioqo Balau ("Turan Tovuz) "Turan Tovuz" - "Sumqayıt": Rəhim Sadıxov ("Turan Tovuz) "Neftçi" - "Şəfa": Breno Almeyda ("Neftçi") "Neftçi" - "Şəfa": Andrey Draqu ("Şəfa") "Neftçi" - "Şəfa":  Lyubomir Tupta ("Neftçi") "Qarabağ" - "Araz-Naxçıvan": Taofik İsmail ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Jali Muaddib ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Ağadadaş Salyanski ("Araz-Naxçıvan") "Qarabağ" - "Araz-Naxçıvan": Renaldo Sefas ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Alberto Fernandes ("Araz-Naxçıvan")

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər