"Turan Tovuz"un zədəlilərinin son durumu nə yerdədir? - AÇIQLAMA

"Turan Tovuz"un zədəlilərinin son durumu nə yerdədir? - AÇIQLAMA

"Turan Tovuz " Misli Premyer Liqasının 14-cü turunda səfərdə  "Qəbələ"yə qarşı keçirəcəyi oyunda tam heyətlə iştirak edə bilməyəcək. 

Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın mətbuat katibi Süleyman Tağıyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Piruzi Marakvelidze zədəlidir. Slavik Alxasovla Martin Petkov isə artıq fərdi məşqlərə başlayıblar. Onları tibbi personal "Qəbələ" ilə oyuna hazırlamağa çalışır".

Qeyd edək ki, "Qəbələ"  - "Turan Tovuz" qarşılaması noyabrın 25-də keçiriləcək.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər