"Turan Tovuz"un yayda heyətə qatacağı futbolçunun adı bilindi

"Turan Tovuz"un yayda heyətə qatacağı futbolçunun adı bilindi

"Turan Tovuz" klubunun bu yay heyətinə qatmağı planlaşdırdığı futbolçulardan birinin adı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "Səbail"in yarımmüdafiəçisi Elmir Tağıyevdir.

22 yaşlı Elmir Birinci Divizionda formasını geyindiyi Tovuz təmsilçisində oynamaq variantına isti yanaşır. Bu isə o deməkdir ki, sözügedən orta xətt oyunçusunun növbəti mövsümünə bölgə komandasında başlamaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Tağıyev bu mövsüm ölkə çempionatında "Səbail" forması ilə 26 oyuna çıxaraq 1 qol vurub. O, Azərbaycan Kubokunda 2 görüşdə forma şansı qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər