“Turan Tovuz”un stadionunda yenidənqurma işlərinə start verildi - FOTOLAR

“Turan Tovuz”un stadionunda yenidənqurma işlərinə start verildi - FOTOLAR

“Turan Tovuz” klubuna məxsus Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, stadion ərazisində ikimərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı, projektorların quraşdırılması işlərinə də start verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər