"Turan Tovuz"un stadionunda projektorlar nə vaxt quraşdırılacaq? - FOTO

"Turan Tovuz"un stadionunda projektorlar nə vaxt quraşdırılacaq? - FOTO

Premyer Liqadakı debüt ilində elitada qalmağı bacaran "Turan Tovuz" növbəti mövsüm üçün iddiasını sürdürəcək. 

Fanat.Az xəbər verir ki, ilk növbədə infrastruktura diqqət yetirən qərb təmsilçisi tablonun ardından projektorların da quraşdırılmasına başlayacaq.

Artıq bunun üçün lazım olan ləvazimatlar, konstruksiyalar bir neçə həftədir ki,Tovuz şəhər stadionuna gətirilib. Avadanlıqların quraşdırılmasına isə mövsüm başa çatandan sonra - iyun ayının əvvəllərində başlanılacaq.  "Turan Tovuz"un stadionunda projektorlar nə vaxt quraşdırılacaq? - FOTO"Turan Tovuz"un stadionunda projektorlar nə vaxt quraşdırılacaq? - FOTO

Beləliklə, yeni mövsümdə "Turan Tovuz"ın ev oyunlarını yalnız günorta saatlarda deyil, günün istənilən vaxtında keçirmək mümkün olacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər