"Turan Tovuz"un qış hazırlıq planı bilindi

"Turan Tovuz"un qış hazırlıq planı bilindi

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.   Komanda mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələcək. Tovuzlular 4 günlük məşqlərin ardından, yanvarın 7-də Antalyaya yollanacaq. Ayxan Abbasovun yetirmələri hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Manavqat bölgəsindəki “The Sense Deluxe” otelində məskunlaşacaq “Turan Tovuz” ayın 18-dək burada hazırlığını davam etdirəcək. Abbasov hazırlıq çərçivəsində komandasını 3 yoxlama oyununda sınaqdan keçirəcək.   Rəqiblərin kimliyi barədə indilik məlumat yoxdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər