"Turan Tovuz"un qış hazırlıq planı bəlli oldu

"Turan Tovuz"un qış hazırlıq planı bəlli oldu

Daha bir Premyer Liqa klubunun qış hazırlıq planı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, "Turan Tovuz" mövsümün ikinci hissəsinə hazırlığını Türkiyədə keçirəcək.

Klubun mətbuat xidmətinin məlumatına görə, komanda yanvarın 3-də  Antalyaya yollanacaq. Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 17-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər