"Turan Tovuz"un oyunçusu "Səbail"ə qarşı oynamayacaq

"Turan Tovuz"un oyunçusu "Səbail"ə qarşı oynamayacaq

Azərbaycan Premyer Liqasının növbəti turunda "Səbail"in qonağı olacaq "Turan Tovuz" "dənizçilər"lə oyuna itki ilə çıxacaq.

Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, zədəli Eltun Turabov komandanın məşqlərinə qatılmır.

Onun sıraya nə vaxt dönəcəyi dəqiqləşməsə də, hazırda müalicə alan 26 yaşlı futbolçunun Bakı klubu ilə görüşə kənardan baxacağı bəllidir.

Fərdi məşqlərlə kifayətlənən Natan Oduvaya gəlincə, hər şey onun matçdan 1 gün öncə özünü necə hiss etməsindən asılı olacaq. 

Qeyd edək ki, hazırda tovuzluların cəzalı oyunçusu yoxdur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər