"Turan Tovuz"un hədiyyə olmadığını anlayırdıq" - Miodraq Bojoviç 

"Turan Tovuz"un hədiyyə olmadığını anlayırdıq" - Miodraq Bojoviç 

Misli Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”u sınağa çəkən "Neftçi" rəqibini məğlub edib. 

Fanat.Az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç komandasının 3:0 hesabı ilə qalib gəldiyi oyundan sonra fikirlərini bölüşüb:

“Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər