“Turan Tovuz”un Antalya toplanışına start verildi

“Turan Tovuz”un Antalya toplanışına start verildi

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanan "Turan Tovuz" Antalyada təlim-məşq toplanışına start verib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sözügedən şəhərdə ilk məşqinə çıxıb.

Yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Komanda yanvarın 15-də isə Macarıstanın “Şiofok”u,  Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər