"Turan Tovuz"lu futbolçunun komandası CONCACAF-ın finalında

"Turan Tovuz"lu futbolçunun komandası CONCACAF-ın finalında

ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ilk finalçı yarımfinalda meydan sahiblərini üstələyən Panama millisi olub.

Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1.  Panama yığması penaltilər seriyasında daha dəqiq olub - 5:4. Bu komandanın üzvü olan "Turan Tovuz"un müdafiəçisi Roderik Miller oyunu sona qədər ehtiyat oyunçular skamyasından izləyib. 

Digər oyunda Meksika Yamaykaya 3:0 hesabı ilə qalib gələrək finala çıxıb.

Beləliklə, iyulun 17-də keçiriləcək final görüşü Bakı vaxtı ilə gecə saat 03:30-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər