“Turan Tovuz”la “Zirə”in əvəzedicilərindən əzmkar qələbə

“Turan Tovuz”la “Zirə”in əvəzedicilərindən əzmkar qələbə

Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Həm “Turan Tovuz-2” – “Səbail-2”, həm də “Zirə-2” – “Sabah-2” oyununda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası 4-cü tur 27 avqust

“Turan Tovuz-2” – “Səbail-2” 2:1 Qollar: Cavid Qasımov, 42. İsmayıl İsmayılov, 90+2 – İftixar İbrahimov, 35. Tovuz şəhər stadionu, 17:00.

“Zirə-2” – “Sabah-2” 2:1 Qollar: Elmar Rəhimov, 70. Xəqani Sadıxov, 75 – Emin Məcidzadə, 25. Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər