“Turan Tovuz”la “Səbail” növbəti mərhələdə

“Turan Tovuz”la “Səbail” növbəti mərhələdə

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, artıq bir oyundan ibarət olan mərhələnin 5 qalibinin adı müəyyənləşib. "Difai Ağsu"nu minimal hesabla üstələyən "Karvan" 1/8-ə yüksəlib. Digər görüşlər məhsuldar alınıb. MOİK "Cəbrayıl"ı 4 cavabsız qolla yenərək "Qarabağ"a rəqib olub. "İrəvan" da "Araz Saatlı"nın qapısından 4 top keçirib.      "Şəfa" - "Səbail" oyununda isə Bayıl təmsilçisi 7 cavabsız qolla qalib gəlib.

İlk oyun gününə Tovuzda yekun vurulub. Premyer Liqa təmsilçilərindən "Turan Tovuz" II Liqanın "Göygöl" komandasını qəbul edib və darmadağınla mərhələ adlayıb.

Azərbaycan Kuboku II təsnifat mərhələsi

28 noyabr

“Karvan” – “Difai Ağsu” 1:0 Qol: Ruslan Voronsov, 72 Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Yevlax şəhər stadionu (canlı, “CBC Sport”)

“Araz Saatlı” – “İrəvan” 1:4 Qollar: Rəvan Əvəzov, 79-p. - Elvin Yunuszadə, 4. Cavid Tağıyev, 27. Vüsal Əsgərov, 45+3+p. Arsen Ağcabəyov, 70. Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: İlham Əliyev Saatlı OİK stadionu (canlı, “AzPFL”)

MOİK – “Cəbrayıl” 4:0 Qollar: İsa Zeynallı, 37-p. Cavidan Abbaszadə, 45+3, 86. Elvin Vəliyev, 73 Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Rüfət Əmirov Binə qəsəbə stadionu (canlı, “AzPFL”)

“Şəfa” – “Səbail” 0:7  Qollar: Samir Abdullayev, 10, Yadin Luqasi, 11. Adi Mehremiç, 20. Taleh Qarayev, 25. Amil Yunanov, 40, 76. Aleksandr Ramalinqom, 86. Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Elman Musayev “ASCO Arena” (canlı, “AzPFL”)

“Turan Tovuz” – “Göygöl” 5:1 Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen – Ülvi Cəlilov, 38-pen. Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Anar Şixəliyev Tovuz şəhər stadionu (canlı, “CBC Sport”)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər