“Turan Tovuz”la 50-ci sınaq

“Turan Tovuz”la 50-ci sınaq

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının 9-cu turuna təsadüf edib. Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər