“Turan Tovuz”dan İsveçrə klubu üzərində qələbə

“Turan Tovuz”dan İsveçrə klubu üzərində qələbə

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, əyalət təmsilçisi İsveçrənin “Aarau” klubu ilə qarşılaşıb.

Tovuz klubu bu oyundan qalib ayrılıb. Azərbaycan təmsilçisinə qələbə qazandıran yeganə qolu Ayxan Hüseynov vurub.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzmuşdu.

Yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər