“Turan Tovuz”dan darmadağın, “Zirə”dən “Səbail”lə heç-heçə

“Turan Tovuz”dan darmadağın, “Zirə”dən “Səbail”lə heç-heçə

Bu gün Misli Premyer Liqasında XI turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda ilk "üçlük"də qərarlaşan komandalar - lider “Zirə” ilə onun yaxın izləyicilərindən olan “Səbail” üz-üzə gəlib.

Bayıl təmsilçisi səfərdə qalib gəlsə, zirvəni ələ alacaqdı. Belədə Şahin Diniyevin komandası "qartallar"dan ilk dövrədəki yenilginin (1:2) də əvəzini çıxmış olacaqdı. Amma 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.    Günün digər qarşılaşmasında isə "qərb derbisi" baş tutub. “Turan Tovuz” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda isə meydan sahibləri darmadağına seviniblər.

“Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Qarabağ” oyunu isə oktyabrın 30-da olacaq.

Misli Premyer Liqası XI tur 28 oktyabr

Zirə – Səbail 2:2 Qollar: İssa Cibrila, 19, Rüstəm Əhmədzadə, 78 - Pedro Nuno, 31, 34 

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 46. Taleh Fərmanov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç Baş məşqçi: Rəşad Sadıqov

Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi Baş məşqçi: Şahin Diniyev

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev. Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Eldəniz Musayev Zirə İdman Kompleksinin stadionu

Turan Tovuz – Kəpəz 4:0 Qollar: Otto Con, 45. Roderik Miller, 54. Sertan Taşkın, 58. Luis Paçu, 67.

Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con. Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov. Baş məşqçi: Ayxan Abbasov. Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior. Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov. Baş məşqçi: Azər Məmmədov. Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı Tovuz şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər