“Turan Tovuz”dan ayrılan futbolçu rəsmən Türkiyə klubunda

“Turan Tovuz”dan ayrılan futbolçu rəsmən Türkiyə klubunda

“Turan Tovuz”un futbolçusu Sertan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi rəsmiləşib.

Fanat.Az Manisa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin üzvü 1-ci liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb:

“Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacam”.

Sertan Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər