"Turan Tovuz"da irqçiliyə qarşı mübarizə təlimi keçirildi

"Turan Tovuz"da irqçiliyə qarşı mübarizə təlimi keçirildi

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.

Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi, eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsul üzrə əməkdaşı Elmir Musayev iştirak edib.

Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.

“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyib, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər