"Turan Tovuz"da ayrılıq - Bir ay əvvəl müqavilə bağlamışdı

"Turan Tovuz"da ayrılıq - Bir ay əvvəl müqavilə bağlamışdı

“Turan Tovuz” futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabından paylaşım edib. 

27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Turan Tovuz"da ayrılıq - Bir ay əvvəl müqavilə bağlamışdı Ehtiram Şahverdiyev 2022-ci ildən “Turan Tovuz”da çıxış edirdi. O, ötən ay Tovuz klubu ilə müqaviləsinin müddətini 1 illik uzatmışdı. Ehtiram daha əvvəl “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər