"Turan Tovuz"a keçəcəkdi, Bakı klubuna gəldi

"Turan Tovuz"a keçəcəkdi, Bakı klubuna gəldi

"Zirə"nin qış fasiləsində yollarını ayırdığı Nemanya Andelkoviç karyerasını Azərbaycan Premyer Liqasının başqa təmsilçisində davam etdirməyə yaxın olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, serbiyalı müdafiəçi transfer fasiləsində "Turan Tovuz"la anlaşıb. 

Ancaq 25 yaşlı futbolçunun keçidi son anda düyünə düşüb. Belədə sənəd problemini yoluna qoya bilməyən Andelkoviç yenidən “Zirə”yə dönüb. O, mövsümün sonuna kimi "qartallar"ın heyətində top qovacaq. 

Qeyd edək ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də çıxış edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər