Bu gün Misli Premyer Liqasında IX tur start verilib.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun ilk oyun günündə bir matç keçirilib.
Birinci dövrənin son turuna Zirədə start verilib. Lider “Zirə” evdə “Turan Tovuz”u qəbul edib. Üç qolluq oyun meydan sahiblərinin qələbəsiylə bitib.
Rəşad Sadıqovun komandası 19 xalla turnir cədvəlinə başçılıq edisə, 6-cı pillədəki Tovuz təmsilçisinin hesabında 11 xal var.
Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək.
Misli Premyer Liqası IX tur 6 oktyabr
Zirə – Turan Tovuz 2:1 Qollar: Salifu Suma, 33. Qismət Alıyev, 77 - Denis Marandiçi, 74.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 6. Eldar Quliyev Baş məşqçi: Rəşad Sadıqov
Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov Zirə İdman Kompleksinin stadionu