"Turan Tovuz" yeni hücumçusunu gözləyir 

"Turan Tovuz" yeni hücumçusunu gözləyir 

Türkiyədə təlim-məşq toplanışını başa vuran “Turan Tovuz” heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, tovuzlular albaniyalı forvard Belaydi Pusi ilə razılığa gəlib.

Son klubu "Şkenderbeu" olan Belaydinin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilsə də, dəqiq tarix bilinmir.

Xatırladaq ki, “Turan Tovuz” Antalyada 3 sınaq matçına çıxıb. Ayxan Abbasovun yetirmələri Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrə “Aarau”suna 1:0,  Qazaxıstan təmsilçisi “Jetisu"ya 2:0 hesabıyla qalib gəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər