"Turan Tovuz" və legioneri Premyer Liqada ilkə imza atdı

"Turan Tovuz" və legioneri Premyer Liqada ilkə imza atdı

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi buna XXXIII turda "Neftçi"ni 4:0 hesabı ilə üstələməklə nail olub.

Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub. Bu görüşdə 3 qolla yadda qalan Runi Eva “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.

Hücumçu həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Evayadək 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu oyunda 3 qol vurub. Runi Evaya qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında üç dəfə fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər