"Turan Tovuz" Türkiyəyə gedir

"Turan Tovuz" Türkiyəyə gedir

“Turan Tovuz” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçi 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.

Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər