“Turan Tovuz” Türkiyədə Rumıniya klubuna uduzdu

“Turan Tovuz” Türkiyədə Rumıniya klubuna uduzdu

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

“Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər