"Turan Tovuz" Türkiyə təmsilçisinə qarşı

"Turan Tovuz" Türkiyə təmsilçisinə qarşı

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün hazırlıq çərçivəsində yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılaşacaq.  

Görüş Bolu şəhərinin "Gerde Esentepe" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər